Sarkisyan hər zabitdən ilə 1 milyon pul tələb edir

Sarkisyan hər zabitdən ilə 1 milyon pul tələb edir
  18 Avqust 2017    Oxunub:8483
Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın 2017-ci ilin iyunun 20-də verdiyi əmr hərbçilər tərəfindən etirazla qarşılanıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yeni əmrə əsasən hərbçilərlə bağlanmış müqavilələrin şərtləri dəyişdirilib.

Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit hüquqlarının bərp edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Əmrə görə, hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud olan 250 min dram (880 AZN) “cərimə” əvəzinə, dövlətə 1 milyon dram (3525AZN) ödəməlidir. Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər.

Vəkilin Norayr Norikyan deyib: “Təəssüf ki, zabitlərin böyük əksəriyyəti bu gün Ermənistanı tərk etmək məcburiyyətində qalıb. Bu, bizim ümumi bəlamızdır və ordunun problemidir. Ermənistan ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil, ailəsini dolandırmaq üçün xaricə getməyin yollarını axtarır. Bu, həm də dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur.

Elə şərait yaradılmalıdır ki, zabit ordunu özbaşına tərk etməsin. Müdafiə Nazirliyi çalışır ki, bu yolla ordudan axının qarşısını alsın, ancaq mümkün deyil”.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti