Finlandiyada bıçaqlı hücum - 2 ölü, 8 yaralı (Yenilənib)

Finlandiyada bıçaqlı hücum - 2 ölü, 8 yaralı (Yenilənib)
  19 Avqust 2017    Oxunub:1590
Finlandiyanın Turku şəhərində naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Polis atəş açaraq həmin şəxsi ayağından yaralayıb və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisə terror aktı kimi dəyərləndirilməyib.

***
(19:25)

Finlandiyanın Turku şəhərində naməlum şəxsin bıçaqla insanlara hücum edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, polis atəş açaraq cinayətkarı ayağından yaralayıb. Bundan sonra onu saxlamaq mümkün olub.

AzVision.az


Teqlər: Finlandiya  





Xəbər lenti