Dənizdə batan 4 şəxs xilas edilib

Dənizdə batan 4 şəxs xilas edilib
  18 Avqust 2017    Oxunub:1209
Sabunçuda dənizdə batan daha 4 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 16:00-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti