Ağdaşda evdə yanğın: xəsarət alan var

Ağdaşda evdə yanğın: xəsarət alan var
  18 Avqust 2017    Oxunub:1125
Ağdaşda yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdaş rayonunun Məşəd kəndində ümumi sahəsi 150 m² olan ikimərtəbəli, 4 otaq və aynabənddən ibarət evdə ev əşyalar 8 m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənmiş halda, daha bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti