Rüstəm Usubov üç saytın rəhbərinə xəbərdarlıq edib

Rüstəm Usubov üç saytın rəhbərinə xəbərdarlıq edib
  18 Avqust 2017    Oxunub:2389
Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar həmin saytların baş redaktorları Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edilib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti