Çaylardakı mövcud vəziyyət açıqlanıb
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 39.0 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.
Avqustun 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 1 sm, Bankədə 6 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb. Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 350 sm (2016-cı il avqustun 18-də 359 sm), Şirvanda 215 sm, Salyanda 138 sm (2016-cı il avqustun 18-də 150 sm), Bankədə 181 sm (2016-cı il avqustun 18-də 188 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 sm (2016-cı il avqustun 18-də 70 sm) təşkil edir.
AzVision.az
Teqlər: çay