"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin

"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin
  18 Avqust 2017    Oxunub:6634
Azərbaycana bir çox yerlərdən, o cümlədən ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Xüsusən yay aylarında ölkəmizə səfər edən turistlər çimərliklərə və hovuzu olan məkanlara üz tuturlar. Xanımların hicabla dənizdə çimməyi əksər hallarda ironiya ilə qarşılaşır. Dəfələrlə sosial şəbəkələrdə hicabla dənizə girən xanımların görüntüləri paylaşılaraq tənqidi fikirlər səsləndirilib.
Hicabla dənizdə çimmək nə dərəcə düzgündür?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli AzVision.az-a bildirib ki, bir çox müsəlman ölkələrində, o cümlədən Türkiyədə hicablı qadınlar üçün ayrıca çimərliklər var.

“Türkiyədə müəyyən istirahət mərkəzlərində qadınlar və kişilər üçün ayrı çimərliklər fəaliyyət göstərir. Orada hicablı qadınlar adi çimərlik geyiminində dənizdə və ya qapalı hovuzda çimə bilirlər. Örtünmənin qayda-qanunları, şərtləri var. Düzdür, dində bununla bağlı qadağa yoxdur, amma hicabla ümumi çimərlikdə çimmək qeyri-adi görünür deyə onun tərəfdarı deyiləm”.

Haci Şahin Həsənli bildirib ki, ölkəmizdə hicablı qadınlar üçün ayrı çimərliklər yaradılmalıdır: “Hicabla dənizdə çimməyi düzgün hesab etmirəm. Şübhəsiz ki, turizm inkişaf etdikcə, bu məsələlərdə təkmilləşmə aparılacaq. Lazım gələrsə, təlabat olarsa, belə çirməliklər gələcəkdə yaradıla bilər. İndiki halda hicablı qadınların ümumi çimərlikdə çimməyini məqbul saymıram”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Hacı-Şahin   Çimərlik   Dəniz  





Xəbər lenti