Rus turist Türkiyədə oteldə ölüb

Rus turist Türkiyədə oteldə ölüb
  18 Avqust 2017    Oxunub:1191
Türkiyəyə istirahətə gedən Rusiya vətəndaşı Aleksandr Şepelev həyat yoldaşı ilə birgə Bələkdə qaldığı 5 ulduzlu oteldə dünyasını dəyişib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəfil halı pisləşən 67 yaşlı turistin həyatını xilas etmək mümkün olmayıb.

Onun nəşi tibbi ekspertizadan keçmək üçün Antaliyaya göndərilib. Məlum olub ki, ölümünə səbəb ürək tutması olub.

Qeyd edək ki, bu yay Türkiyədə 5–dən çox rus turist həyatını itirib.

AzVision.az


Teqlər: Türkiyə   Turist   Otel  





Xəbər lenti