Gömrükdə 50 min siqaret müsadirə edilib

Gömrükdə 50 min siqaret müsadirə edilib
  18 Avqust 2017    Oxunub:1167
Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a daxil olan xəbərə görə, dərhal Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib və əməliyyat nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Əsədov Yunsur İnsaf oğlunun idarə etdiyi "Samand Soren" markalı, 99-AG-750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində Azərbaycan Respublikasının müvafiq aksiz markaları olmayan siqaretlər aşkar olunub.

Yükə gömrük baxışı keçirilməsi məqsədilə Əsədov Yunsur İnsaf oğlu Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı avtomobilin yük yerindəki 3 ədəd karton qutudan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 000 siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Siqaret  





Xəbər lenti