Terrorda ölənlərin sayı 14-ə çatıb

Terrorda ölənlərin sayı 14-ə çatıb
  18 Avqust 2017    Oxunub:944
İspaniyanın Barselona şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilib ki, yaralıların sayı 100-ü keçib.

Qeyd edək ki, ötən gün İspaniyanın Barselona şəhərində terror aktı törədilib. Dris Oukabir adlı İŞİD terrorçusu idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

AzVision.az


Teqlər: İspaniya   Terror   Barselona  





Xəbər lenti