Sabah Bakıda 36 dərəcə isti olacaq

Sabah Bakıda 36 dərəcə isti olacaq
  18 Avqust 2017    Oxunub:1104
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 21-dək Abşeron yarımadasında bəzi saatlarda havada rütubətliyin bir qədər çox olmasına baxmayaraq, sabit hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava   Proqnoz  





Xəbər lenti