Ana və qızının ölümü ilə bağlı rəsmi məlumat

Ana və qızının ölümü ilə bağlı rəsmi məlumat
  18 Avqust 2017    Oxunub:1691
Daxili İşlər Nazirliyi Göygöl rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
AzVision.az xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumatda bildirilib ki, ötən gün Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib.

Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub. Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti