Maşın oğurlayan yeniyetmələr tutulub

Maşın oğurlayan yeniyetmələr tutulub
  18 Avqust 2017    Oxunub:1153
Avqustun 17-nə keçən gecə Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən kənd sakini Xanbala Zaidovun “VAZ-21010” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

AzVision.az




Teqlər: Avtomobil-oğruları   Xaçmaz  





Xəbər lenti