6 ayda “113”ə 609 çağırış daxil olub

6 ayda “113”ə 609 çağırış daxil olub
  18 Avqust 2017    Oxunub:1298
Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “113” dispetçer mərkəzinə 2017-ci ilin yanvar – iyul ayları ərzində ümumilikdə 609 çağırış daxil olub. Bu çağırışlar 1045 pasienti əhatə edib, onlardan 782 nəfər hospitalizasiya olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, çağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif travmalar ilə əlaqədar olub. Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Konsultativ Bölməsi üzrə 2017-ci ilin yanvar – iyul ayları ərzində ümumilikdə 871 çağırış həyata keçirilib

Qeyd edilən müddət ərzində telesəhiyyə vasitəsilə 21 ixtisas üzrə məsləhətçi həkim tərəfindən 161 pasientə 216 məsləhət verib. Təhlil olunan müddət ərzində telesəhiyyə vəsitəsilə məsləhət verilmiş 161 pasientdən 59 xəstəyə Bakı şəhərinin xəastəxanalarına köçürülməsinə qərar verilib.

2017-ci ildə 1 yanvar – 31 iyul müddəti ərzində 595 pasientə konsultativ xidmət göstərilib. 2017-ci il ərzində 595 pasientdən konsultativ bölmənin mütəxəssislərin məsləhəti və müşahidəsi ilə 266 pasient daha yüksək səviyyəli tibb müəssisəsinə köçürülüb. Köçürülmüş pasientlərdən 235-i Bakı şəhərinin tibb müəssisələrinə yerləşdirilib.

Hesabat dövrü ərzində SN TTTYS mütəxəssislərin iştirakı ilə yerlərdə 18 cərrahi əməliyyat aparılıb. Əməliyyatların əksəriyyəti hamiləlik patologiyası, travmalar, kəskin daxili qanaxmalar və s. olub.

Təhlil olunan müddət ərzində Səhiyyə Nazirliyinin göstərişi ilə konsultativ bölmənin nəqliyyat vasitələri ilə perinatal xidmət, hematologiya, cərrahiyyə və digər sahələr üzrə xüsusiləşdirilmiş briqadalar 98 dəfə ezam edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Tibbi-Yardım  





Xəbər lenti