"Bütün dinsizləri öldürəcəyəm" - Barselona terrorçusu

"Bütün dinsizləri öldürəcəyəm" - Barselona terrorçusu
  18 Avqust 2017    Oxunub:5340
Barselonada idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən Dris Oukabir adlı şəxsin iki il əvvəl qanlı olay törədəcəyi haqda anons verdiyi ortaya çıxıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu sosial şəbəkə hesabında dinsizləri məhv edəcəyini yazıb.
“Dünyanın kralı olduğum zaman bütün dinsizləri öldürəcəyəm. Bundan sonra yalnız müsəlmanların yaşamağına icazə verəcəyəm”- terrorçu 2 il əvvəl yazıb.

Qeyd edək ki, terror aktı nəticəsində 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İspaniya   Barselona   Terror  





Xəbər lenti