Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  18 Avqust 2017    Oxunub:1134
Azərbaycanda avqustun 18-ə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 29-34° isti , Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava   İsti   Yağış   Şimşək  





Xəbər lenti