Erməni hərbçi maşında yanaraq öldü

Erməni hərbçi maşında yanaraq öldü
  18 Avqust 2017    Oxunub:2263
Bu gün saat 17:00-da Ermənistanın Tavuş vilayətinin Nerkin Karmirağbyur-Paravakar yolunda yanmış avtomobildə cəsəd tapılıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nerkin Karmirağbyur kəndinin icra rəhbəri Manvel Kamendatyan Aravot.am saytına bildirib ki, "VAZ-2106" markalı avtomobildə yanaraq ölən şəxs 32 yaşlı kənd sakini, müqaviləli hərbi qulluqçu Vardan Qriqoryandır.

Qəza ilə bağlı araşdırma aparılır.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti