Yevlaxda 6 otaqlı ev yanıb

Yevlaxda 6 otaqlı ev yanıb
  17 Avqust 2017    Oxunub:1142
Yevlax rayonunda ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli, altı otaq və aynabənddən ibarət evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, hadisə nəticəsində evin 116 kvadratmetr sahəsi əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən görülən tədbirlər nəticəsində söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti