Boliviyanın XİN rəhbəri Azərbaycana gəlir

Boliviyanın XİN rəhbəri Azərbaycana gəlir
  17 Avqust 2017    Oxunub:1074
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani 18 avqust 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaqdır.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Nazirlər Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.

AzVision.az


Teqlər: XİN   Boliviya  





Xəbər lenti