Bələdiyyə sədrinin oğlunun qatili tutuldu

Bələdiyyə sədrinin oğlunun qatili tutuldu
  17 Avqust 2017    Oxunub:1624
Ağdaş sakininə kəsici-deşici alətlə xəsarət yetirən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 16-da Ağdaş rayonunun Qəribli kəndi ərazisindən kənd sakini Sahib Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Məlumata görə, qətlə yetirilən şəxs Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

AzVision.az


Teqlər: DİN   Qətl   Həbs  





Xəbər lenti