Qərbin sanksiyaları Ermənistanı qorxuya salıb

Qərbin sanksiyaları Ermənistanı qorxuya salıb
  17 Avqust 2017    Oxunub:2066
“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistana təsir edəcək”.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında "Modus Vivend" analitik mərkəzinin rəhbəri Ara Papyan bildirib.
Qeyd edilib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və sankiyakarın bu ölkəyə təsiri qaçılmazdır.

Çin və İranla münasibətlərin inkişafından danışan Papyan vurğulayıb ki, əgər AİB-ə qeyd edilən üzvülüyü nəzərə alsaq, Ermənistan bu baxımdan yalnız qərar qəbul edə bilməz.

"Çin və İranla münasibətlərin inkişafı üçün AİB-ə üzv olmağa ehtiyyac yox idi. Onsuz da inkişaf edə bilərdi".

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   AİB   Sanksiya  





Xəbər lenti