Bakıda evdən 12 min manat oğurlanıb

Bakıda evdən 12 min manat oğurlanıb
  17 Avqust 2017    Oxunub:990
Bakıda mənzildən 12 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti