Lütfi Zadə kimdir: Şair, aktyor, yoxsa alim? - VİDEOSORĞU

Lütfi Zadə kimdir: Şair, aktyor, yoxsa alim? - VİDEOSORĞU
  17 Avqust 2017    Oxunub:16706
Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn olunması ilə bağlı vəsiyyəti ötən həftənin ən çox müzakirə olunan mövzusu idi. Alimin oğlu Norman Zadə atasının xəstə olduğunu, vəfatından sonra Azərbaycanda dəfn olunmasını arzuladığı bildirdi. Lütfi Zadənin vəsiyyəti cəmiyyət arasında birmənalı qarşılanmadı.
Bir çoxları onun ölkəmizi sevmədiyini, bizimlə heç bir bağlılığının olmadığını düşünür. Bəzilər isə hesab edir ki, dahi alimin Azərbaycanda dəfn olunmaq istəyi bizim üçün şərəfdir.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq "Lütfi Zadə kimdir?" sualı ilə paytaxt sakinlərinə müraciət edib. Sorğuda iştirak edənlərin əksəriyyəti Lütfi Zadəni tanıyıb. Bir neçə respondent isə dünya şöhrətli alimi aktyor, şair və yazıçılarla səhv salıb.



Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Lütfi-Zadə  





Xəbər lenti