Xəzərdə batan iki nəfərin kimliyi bilindi

Xəzərdə batan iki nəfərin kimliyi bilindi
  17 Avqust 2017    Oxunub:1636
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərdə batan iki nəfərlə bağlı növbəti açıqlama yayıb.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən hər iki vətəndaşın şəxsiyyəti müəyyən olunub.

Axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti