Səudiyyə Ərəbistanında bir ayda iki şahzadə ölüb

Səudiyyə Ərəbistanında bir ayda iki şahzadə ölüb
  17 Avqust 2017    Oxunub:1672
Səudiyyə Ərəbistanının şahzadəsi Bəndər ben-Fəxd ben-Saad ben-Abdel Rəhman Əl-Səud vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının kral sarayı məlumat yayıb. Qeyd olunub ki, şahzadə çərşənbə günü vəfat edib, dördüncü gün isə onunla vida mərasimi keçiriləcək.

Şahzadənin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 8 avqust tarixində daha bir şahzadə 26 yaşlı Salman bən Əbdallah bən Türk Əl Səud dünyasını dəyişib. Onun ölüm səbəbi kimi ürəyinin dayanması göstərilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Şahzadə   Ərəbistan  





Xəbər lenti