Yevlaxda ağır qəza: Ana və qızı yaralandı

Yevlaxda ağır qəza: Ana və qızı yaralandı
  17 Avqust 2017    Oxunub:1132
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə "Opel"dəki sərnişinlər - Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Zibeydə Ramazan qızı Ağayeva və onun qızı, 1994-cü il təvəllüdlü Lalə Həsən qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Yevlax   Qəza  





Xəbər lenti