Binəqədi-Novxanı avtomobil yolu çöküb

Binəqədi-Novxanı avtomobil yolu çöküb
  16 Avqust 2017    Oxunub:1124
Binəqədi - Novxanı avtomobil yolunun 11 kilometrliyində çökmə hadisəsi qeydə alınıb.
“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Eyni zamanda, yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir.

“Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sıradan çıxıb. Dərhal əraziyə “ Azəravtoyol” ASC- nin əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir”, - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Azəravtoyol   yol   Novxanı  





Xəbər lenti