Ölkədən 3, 5 milyon çıxarmaq istədi - Video

Ölkədən 3, 5 milyon çıxarmaq istədi - Video
  16 Avqust 2017    Oxunub:1521
Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən ölkə vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqlamasında deyilir ki, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib.

Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: DGK   yoxlama  





Xəbər lenti