Paytaxtda daha bir piyada ölümü

Paytaxtda daha bir piyada ölümü
  16 Avqust 2017    Oxunub:1837
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqustun 15-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Ağabala Məmmədzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Abdullayevi vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada   Qəza  





Xəbər lenti