Avropa Məhkəməsi “Çıraqovların işi”ni yubadır

Avropa Məhkəməsi “Çıraqovların işi”ni yubadır
  16 Avqust 2017    Oxunub:1812
İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı hələ də yekun qərar verilməyib.
Bu barədə AzVision.az-a Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev bildirib. O, qeyd edib ki, bir ay əvvəl məsələ ilə bağlı vəkillər və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərovla əlaqə saxlayıb.

“Mənə bildirdilər ki, hələlik yenilik yoxdur. Ola bilsin ki, Məhkəmə tərəfindən işə payızda baxılsın. Avropa Məhkəməsi artıq kompensasiyanın məbləği ilə bağlı yekun qərar verməlidir. Ermənistan tərəfi çox güman ki, öz xoşu ilə heç nə etməyəcək”.

F.Paşayev vurğulayıb ki, iş artıq Avropa Məhkəməsinin tam səlahiyyətinə keçib və 6 aydan 1 il müddətinədək yekun qərar veriləcək.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçir. Bu iş Ermənistanın Azərbaycantorpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.

Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar qəbul edəcək.

Aytən Zəhra
AzVision.az



Teqlər: Çıraqovlar   Ermənistan  





Xəbər lenti