Lənkərandakı qəzası ilə bağlı rəsmi məlumat

Lənkərandakı qəzası ilə bağlı rəsmi məlumat
  16 Avqust 2017    Oxunub:1076
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Liman şəhərində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olunub.

Dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:05-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Lənkəran   Qəza  





Xəbər lenti