Bir gecədə üç ev yandı

Bir gecədə üç ev yandı
  16 Avqust 2017    Oxunub:1845
Azərbaycanda bir gecədə 3 ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan ikimərtəbəli 9 otaq və aynabənddən ibarət evin içərisində taxtadan ibarət pilləkənin üzlüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saatlı rayonu, Mollavazlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:25-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Pirallahı rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti