Goranboyda taxıl sahəsi yanıb

Goranboyda taxıl sahəsi yanıb
  15 Avqust 2017    Oxunub:1167
Goranboy rayonunda taxıl sahəsi yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Aşağı Ağcakənd kəndində baş verib.

Bələdiyyəyə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti