Almaniya XİN Trampın siyasətini bəyənmir

Almaniya XİN Trampın siyasətini bəyənmir
  15 Avqust 2017    Oxunub:1131
ABŞ-ın xarici siyasəti Almaniyanın xarici işlər nazirini təəccübləndirir.
AzVision.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Almaniya mətbuatına müsahibəsində Şimali Koreya ətrafında baş verən gərginliyə görə ABŞ prezidenti Donald Trampı tənqid edib.

“Bu cür münaqişələr rəsmi açıqlamalarla başlar, hərbi əməliyyatlarla sona yetər. Bütün dünya ABŞ-ın gələcəyi bilinməyən siyasəti ilə şokdadır. Orada kimin rəhbər olduğunu başa düşmək çətindir”.

Qabriel qeyd edib ki, ABŞ prezidentinin ətrafında elə qüvvələr var ki, ABŞ-ın hərbi müdaxiləsini dəstəkləyir: “İndi diplomatiya məqamıdır, müharibə çağırışı yox”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Almaniya   ABŞ   Tramp  





Xəbər lenti