"Ramil qayıtmaq istəyirsə, bizə müraciət etsin" - Vitse-prezident

"Ramil qayıtmaq istəyirsə, bizə müraciət etsin" - Vitse-prezident
  15 Avqust 2017    Oxunub:2413
"Ölkədə idmanının inkişafı üçün legionerlər gəlməlidir. Onlarla idmanı inkişaf etdirmək lazımdır"

AzVision.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O bildirib ki, ölkədə idmanın populyarlaşdırılması lazımdır: "Ramil Quliyevdən sonra hər kəs atlet olmaq istəyəcək. Deyirlər ki, Nicat Rəhimov Qazaxıstana getdi. Onun ailə problemi var idi və getdi. Orada inkişaf elədi, olimpiya çempionu oldu. Amma azərbaycanlılığını itirmədi. Biz onlarla fəxr etməliyik. Gedən adam mütləq deməlidir ki, mənim orada şəraitim olmayıb. Necə ola bilir ki, başqaları üçün şərait var, onun üçün yoxdur. Gedən adam özünü əsaslandırnalıdır və bunu deyir. Nicat məsələsi şəxsi idi. Ramil Quliyev gəlib bizə dedi ki, Bakıda şərait yoxdur. Biz Ramil Quliyevi "Fənərbaxça"ya göndərdik və icazə verdik. "Fənərbaxça"dan nə "Neftçi", nə Federasiya pul aldı. Təklif etdilər, istəmədik. Biz bilirdik ki, sonra nəsə ola bilər. Orada olarkən biz Ramili dəvət edirdik ki, gəl Azərbaycan çempionatında iştirak et, gəlirdi. Lakin sonra xəbərimiz oldu ki, Türkiyə vətəndaşlığını qəbul edib. Bir il idi ki, vətəndaşlığı qəbul etmişdi, amma bundan xəbərimiz yox idi. Federasiya Ramili heç yerə buraxmayıb. Beynəlxalq Atletika Federasiyasının qərarına əsasən idmançı hər hansı ölkədən transfer olsa, o, 3 il yarışlarda iştirak edə bilməz. Amma bu, Ramil Quliyevə 2 il tətbiq edildi. Bu da vətəbdaşlığı qəbul etməsi ilə bağlı idi".



Ç.Hüseynzadə bildirib ki, Ramil Quluyev yenidən Azərbaycan millisinə qayıda bilməz, çünki Türkiyə onu buraxmaz.

"Azərbaycan Ramilin qayıtmasını istəyər, lakin o, Türkiyə vətəndaşıdır. Ramil Türkiyədən əvvəl Rusiyaya getmək istəyirdi. Rusiya Atletika Federasiyası əlaqələrimizi pozmamaq üçün bu barədə bizə məlumat verdi və Ramili qəbul etmədi. Amma Türkiyə Atletika Federasiyası bizə məlumat vermədi və qərəzli yanaşdı".

Vitse-prezident qeyd edib ki, Ramili qaytarmaq üçün Türkiyə Atletika Federasiyasına müraciət edilməlidir: "Türkiyə onu buraxmayacaq. Ramil gəlmək istəyirsə, özü bizə müraciət etsin"

Aytən Zəhra
AzVision.az


Teqlər: Çingiz-Hüseynzadə   Ramil-Quliyev  





Xəbər lenti