Çinin Trampa cavabı sərt olacaq

Çinin Trampa cavabı sərt olacaq
  15 Avqust 2017    Oxunub:1259
Çin ABŞ-ın ticarət qaydalarını sərtləşdirəcəyi təqdirdə lazımı tədbirlər görəcəyini deyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Çin ümid edir ki, ABŞ bu məsələdə hörmət göstərəcək, obyektiv faktları dətəkləyəcək və ehtiyatlı davranacaq.

“Əgər ABŞ çoxtərəfli ticarət normalarına hörmət etməzsə və hər iki ölkənin ticarət münasibətlərinə xələl gətirərsə, Çin belə məqamda sakit durmayacaq. Öz haqları və maraqları uğrunda lazımı ölçüləri götürəcək”.

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp Çin tərəfindən əqli mülkiyyətin oğurlanması ilə bağlı araşdırma aparılması göstərişini verib. Rəsmi Vaşinqton ədalətli ticarəti təmin etmək məqsədi ilə ticari qaydaları bu səbəbdən sərtləşdirmək niyyətindədir. Tramp bildirib ki, bu, böyük bir addamdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ABŞ   Çin   Tramp  





Xəbər lenti