Azərbaycan 245 əcnəbiyə qadağa qoydu

Azərbaycan 245 əcnəbiyə qadağa qoydu
  15 Avqust 2017    Oxunub:1143
İyul ayı ərzində Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2803 qərar qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, onlardan 264-ü ölkə ərazisində yaşamaları leqallaşdırılma, 1268-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma, 999-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 245-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən ölkə ərazisinə gəlişini məhdudlaşdırma, 27-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olunub.

Ümumiyyətlə, hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7449 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 126217 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

AzVision.az


Teqlər: Dövlət-Miqrasiya-Xidməti   əcnəbi  





Xəbər lenti