Benzin istehsalı artıb

Benzin istehsalı artıb
  15 Avqust 2017    Oxunub:1589
Bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1567,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 7,8% azalıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 8,2% (353,8 min ton), yanacaq mazutunun istehsalı 39,9% (243,8 min ton), dizel yanacağının istehsalı 16,8% (1 mln. 125 min ton) azalıb. Avtomobil benzininin (730,1 min ton), sürtkü yağlarının (19,5 min ton), neft bitumunun (103,4 min ton) və neft koksunun (128,4 min ton) istehsalı artıb.

Hesabat dövründə 730,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 7,2% çoxdur.

2017-ci ilin yanvar-iyul ayları ərzində magistral qaz kəmərləri ilə 12036,9 milyon mln. kubmetr qaz nəql edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6% artım müşahidə olunub. Qazın nəqlinin 36,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4426,4 mln. kub-metr qaz ötürülüb.

AzVision.az


Teqlər: DSK   Qaz   Neft   Dizel  





Xəbər lenti