Ermənistanda ordudan qayıdanlar ölkəni tərk edir

Ermənistanda ordudan qayıdanlar ölkəni tərk edir
  15 Avqust 2017    Oxunub:1583
Ermənistanın Gümrü şəhərindən çox da uzaqda olmayan Amasiya rayonunun sakinləri çətin şəraitdə yaşayırlar.
AzVision.az ermən KİV-lərinə istinadən xəbər verir ki, sakinlərin bildirdiyinə görə, hərbi xidmətdən qayıdan gənclər işsizlikdən ölkəni tərk etmək məcburiyyətində qalırlar. Son zamanlar bu proses kütləvi hal alıb. Belə ki, onlar Ermənistanı öz ailələri ilə birlikdə tərk edirlər.

Sakinlərin dedyinə görə, Amasiyada cəmi 2 iş yeri - tikiş fabriki və çörək sexi var. Orada əsasən qadınlar işləyir. Amanisa sakinləri, həmçinin 1 litr suyun 200 dram, 1 litr südün isə 130 dram olmasından şikayətlənirlər.

"Su süddən bahadır, axı burada necə yaşamaq olar. Kənd arası və rayon mərkəzində yollar bərbad vəziyətdədir, marşrut avtobusu işləmir. Bir sözlə, imkanı olan Ermənistanı tərk edir".

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti