Əhalinin sayı 9 850 077 nəfərə çatdı

Əhalinin sayı 9 850 077 nəfərə çatdı
  15 Avqust 2017    Oxunub:1764
Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40 096 nəfər və ya 0,4 faiz artaraq 9 850 077 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Aytən Zəhra
AzVision.az



Teqlər: DSK   Azərbaycan   Əhali  





Xəbər lenti