Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır

Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır
  15 Avqust 2017    Oxunub:2843
Qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırılır.
Bu barədə AzVision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov bildirib. Onun sözlərinə görə, məktəbli yarmarkaları sentyabrın 20-dək davam edəcək.

“Ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər. Bakı şəhərinin müxtəlif yerlərində, xüsusilə metroların giriş və çıxışlarına yaxın yerlərdə çadırlar quraşdırılır. Hazırda metronun Elmlər Akademiyası, "İnşaatçılar", "Koroğlu", "Neftçilər" stansiyalarının yaxınlığında və digər yerlərdə çadırlar hazır vəziyyətdədir”.

Ə.Bağırov qeyd edib ki, məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq: “Yarmarkaların açılmasında məqsəd pərakəndə satışın qarşısı almaqdır. Yarmarkalarda satış bir yerdən idarə olunacaq. Süni qiymət artımına yol verilməyəcək. Qiymətlər münasib olacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Yarmarkalar  





Xəbər lenti