İran prezidenti ABŞ-ı nüvə ilə təhdid etdi

İran prezidenti ABŞ-ı nüvə ilə təhdid etdi
  15 Avqust 2017    Oxunub:1554
“ABŞ yeni sanksiyalar tətbiq edərsə, İran bir neçə saata nüvə razılaşmasını dayandıra bilər”.
AzVision.az xəbər verir ki, belə bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib.

İran prezidenti qeyd edib ki, ABŞ atdığı addımlarla yaxşı müttəfiq olmadığını sübut edib: “ABŞ İrana qarşı daha öncə də effektiv olmayan sanksiyalar tətbiq edib. Məhz bu səbəbdən sonralar tətbiq olunan sanksiyalar müzakirəyə çıxarılıb”.

Qeyd edək ki, İran Ali Məclisi bir müddət öncə ABŞ-ın sanksiyalarına cavab olaraq raket istehsalı proqramlarına 520 milyon dollar ayrılmasını nəzrədə tutan qanun layihəsini qəbul edib

Kənan Məmmədov
AzVision.az


Teqlər: İran   ABŞ   Ruhani  





Xəbər lenti