Boş qalan yerlərə ixtisas seçimi başlayır

Boş qalan yerlərə ixtisas seçimi başlayır
  15 Avqust 2017    Oxunub:1341
Bu gündən ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
AzVision.az-ın məlumatına görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə bilərlər.

Bu il ali məktəblərə keçirilən yerləşdirmənin nəticəsində qəbulolma faizi 85.37 olub. I mərhələnin nəticəsinə əsasən, 6242 (14,63%) yer boş qalıb. Dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində isə 2579-dur (41.30%)

Həmçinin, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti