Rusiyanın "qızıl səsi" ad gününü Bakıda keçirəcək

Rusiyanın "qızıl səsi" ad gününü Bakıda keçirəcək
  15 Avqust 2017    Oxunub:1991
Rusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək.
Konsertin təşkilatçıları AzərTAc-a bildiriblər ki, musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da olacaq. Unikal, parlaq və möhtəşəm yubiley şousu “İqra” adlanacaq.

Müğənninin istedadının pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektləri gözləyir. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri yanaşı, tamamilə yeni kompozisiyaları daxildir.

N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olacaq.

Biletləri “Ticketbox.az” saytı vasitəsilə, habelə “28 Mall”, “Port Baku Mall” və “Ganjlik Mall”da almaq olar.

AzVision.az


Teqlər: Nikolay-Baskov  





Xəbər lenti