Türkiyədə ağır yol qəzası: 7 nəfər ölüb

Türkiyədə ağır yol qəzası: 7 nəfər ölüb
  15 Avqust 2017    Oxunub:1200
Türkiyənin Ağrı vilayətinin Tutak rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Türkiyə KİV-lərinin məlumatına görə, yol qəzasına TIR üzərindəki ağır texnikanın qəflətən yerə düşməsi səbəb olub. Nəticədə qarşı tərəfdən gələn avtobus texnika ilə toqquşub.

Avtobusdakı sərnişinlərdən 7-si həlak olub, 11 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

AzVision.az


Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti