“Könüllülər Yurdu - Azərbaycan” layihəsi davam edir

“Könüllülər Yurdu - Azərbaycan” layihəsi davam edir
  15 Avqust 2017    Oxunub:1896
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıği ilə Respublikanın 24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu - Azərbaycan” layihəsi davam edir.
Avqustun 10-da start götürmüş layihə çərçivəsində növbəti tədbir Masallı “ASAN Həyat” Kompleksində yerləşən “Masallı Park Cinema”da baş tutub.

Tədbirdə çıxış edən “ASAN Könüllüləri” Təşkilatının Sədri Bəxtiyar İslamov, Masallı Rayon İcra Hakimiyyətinin Başçısının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova gənclərin maariflənməsi və inkişafında xüsusi rolu olan könüllülük prinsiplərindən danışıblar.

Layihə çərçivəsində keçirilən təlimlərdə “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları Həsənxan Həsənxanlı və Elxan Şükürov Masallı, Yardımlı, Cəlilabad,Lənkərandan olan 150-ə yaxın gəncə könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və bununla bərabər özünüinkişaf haqqında çıxış ediblər.

Qeyd edək ki, “Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyaların keçirilməsi nəzərdə tutulub
Tədbirlərdə 1000 nəfərdən artıq gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 min nəfərdən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulur.

Onu da qeyd edək ki, “Könüllülər Yurdu Azərbaycan” ilk dəfə 2015-cı ildə keçirilib.

AzVision.az


Teqlər: ASAN   ASAN-könüllülər   Masallı  





Xəbər lenti