Prezidentin oğlu Trampı hədələdi

Prezidentin oğlu Trampı hədələdi
  14 Avqust 2017    Oxunub:1299
Venesuela prezidentinin oğlu ABŞ prezidenti Donald Trampı Ağ Evi zəbt etməklə hədələyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun oğlu çıxışı zamanı bildirib ki, "əgər ABŞ onun ölkəsini işğal edərsə, Venesuelanın qoşunları Ağ Evi zəbt edəcək". O, xəbərdarlığını şəxsən ABŞ prezidenti Trampa ünvanlayıb.

"Cənab Tramp, Venesuelaya hücum edilərsə, biz də Vaşinqtona silahla girib, Ağ Evi götürərik".

Qeyd edək ki, D.Tramp Venesuela əleyhinə hərbi əməliyyat aparmağın mümkünlüyünü bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ABŞ   Venesuela  





Xəbər lenti