Merkel Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləyir

Merkel Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləyir
  14 Avqust 2017    Oxunub:1319
Almaniya kansleri Angela Merkel BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyir.
AzVision.az xəbər verir ki, Merkel bu barədə Almaniyanın "Phoneix" telekanalına müsahibəsində deyib. O, bildirib ki, Şimali Koreyaya təzyiq etmək məqsədi ilə yenidən onun nüvə proqramları haqqında danışıqlar aparılmalıdır.

“Aydındır ki, problem sülh yolu ilə həll olunmalıdır. 6+1 formatında olduğu kimi danışıq formatı tapmaq lazımdır”.

Merkel, həmçinin bildirib ki, Təhlükəsizlik Şurasının daimi üzvülərinin gələcəkdə də Şimali Koreya məsələsində vahid mövqe tutacaqlarına ümid edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Almaniya   Merkel   Şimali-Koreya  





Xəbər lenti