Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  14 Avqust 2017    Oxunub:1525
Nabranda dənizdə batan şəxs xilas edilib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:05-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Nabran  





Xəbər lenti