Pulsuz WiFi-dan istifadə edən 500000-ci şəxs

Pulsuz WiFi-dan istifadə edən 500000-ci şəxs
  14 Avqust 2017    Oxunub:1643
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz WiFi xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500.000) ötüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, pulsuz WiFi xidmətinin 500.000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub. Bu gün “Baktelecom” şanslı istifadəçini mükafatlandırıb.

Qeyd edək ki, ötən həftədən “Pulsuz WiFi”ın sosial şəbəkədəki səhifəsində start verilən “500.000-ci ol, hədiyyəni apar” sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.

Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz wifi xidmətinin əhatə zonasına daxil ediləcək.

AzVision.az


Teqlər: NRYTN  





Xəbər lenti